Dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb

Noyabrın 27-si saat 18:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib, Naxçıvan, Gəncə, Ceyrançöl, Şəki, Oğuz, Zaqatala, Balakəndə yağış, Şahdağ, Qusar, Xınalıqda qar yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, şimal-qərb küləyi arabir Zaqatala rayonunun dağlıq ərazilərində (Əlibəy) 40 m/s, Gəncədə 35 m/s, Naftalanda 32 m/s, Tovuzda 26 m/s, Ağstafada 25 m/s, Tərtər, Salyanda 23 m/s, Neftçala, Balakən, Şəmkirdə 20 m/s, Yardımlı, Kəlvəz, Şirvan, Bərdə, Mingəçevir, Cocuq Mərcanlıda 18 m/s, Culfa, Sabirabadda 17 m/s, Ağdam, Naxçıvan, Ceyrançöl, Biləsuvar, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib.

Neft Daşlarının məlumatına əsasən, dalğanın hündürlüyü 4 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13-16 dərəcə, Naxçıvan MR-da 15-20 dərəcə, dağlıq rayonlarda 14 dərəcəyədək, Aran rayonlarında 17-23 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0 dərəcəyədək olub.

Əvvəlki məqalə

“Biotəhlükəsizlik sahəsində bütün çağırışlara hazır olmalıyıq”

Sonrakı məqalə

“Kanal 13” internet TV-nin rəhbəri Əziz Orucov saxlanılıb