Dağıntılar altında qalan 5 nəfərlik ailə 11 gündən sonra xilas edildi

Türkiyənin zəlzələlərdən ən çox zərər çəkən ərazilərindən biri olan Adıyaman rayonunda dağıntılar altında qalan 5 nəfərlik ailə göyərçinləri ilə birlikdə xilas edilib.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, Atatürk Bulvarında 5 mərtəbəli binanın üst mərtəbəsində yaşayan 41 yaşlı Necmettin, həyat yoldaşı Aysel və 3 uşağı (10 yaşlı Elif, 8 yaşlı Edanur ve 2 yaşlı Yiğit Kerem), eləcə də 25 göyərçin dağıntılar altından çıxarılıb.

Necmettin bildirib ki, yaşadıqları binada 16 qohumu dağıntılar altında qalıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.