Dağıntılar altında qalmış tələbələrin valideynləri tanınma üçün əraziyə çağrılıb –SON XƏBƏR

Malatyada azərbaycanlı tələbələrin yaşadığı binanın dağıntıları altında axtarışlar davam edir. 

Bu barədə AzTV-nin ərazidə olan müxbiri məlumat verib.

Artıq xilasedicilər tələbələrin yaşadığı mənzilə çatıblar. Dağıntılar altından tələbələrə aid “Qurani-Kərim” kitabı, Azərbaycan və Türkiyə bayraqları tapılıb.

Dağıntılar altından meyitlər çıxarılıb. Daha sonra tələbələrin valideynləri meyitlərin həmin tələbələrə aid olub-olmadığını dəqiqləşdirmək üçün əraziyə çağırılıb.

Məlumata görə, valideynlərin halı xarab olduğu üçün tanınma ilə bağlı proses ağır gedir. Odur ki, meyitlərin azərbaycanlı tələbələrə aid olub-olmadığı hələ də dəqiqləşməyib.

Bununla bağlı əlavə məlumat veriləcək.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.