Dağıstanda səfərbərliyə etiraz edənlər magistral yolu bağlayıb

Dağıstanda səfərbərliyə etiraz edən aksiyaçılar Xasavyurt-Mahaçqala magistralını bağlayıb.

Bu barədə sosial şəbəkədə görüntülər yayılıb

Xasavyurt rayonunun Endriy qəsəbəsinin sakinləri az əvvəl hərbi xidmətdən qayıdan gəncə çağırış vərəqi gəlməsinə etiraz əlaməti olaraq magistralı bağlayıblar.

Polis aksiyaçıları dağıtmaq üçün havaya atəş açıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.