“Dağıstanda sabitliyi pozmaq cəhdləri Ukrayna ərazisindən edilib” –Dağıstanın Başçısı Melikov

Dağıstan Respublikasında sabitliyi pozmaq cəhdləri xaricdən, o cümlədən Ukraynayönümlü “Telegram” kanalları tərəfindən edilir.

TASS xəbər verir ki, bu barədə respublikasının rəhbəri Sergey Məlikov bildirib.

 

“Dağıstanda sabitliyi pozmaq cəhdləri, o cümlədən etnik ədavətin və dinlərarası problemlərin qızışdırılması ilə bağlı qadağan olunmuş üsullardan istifadə bizim düşmənlərimiz, ölkəmizin əleyhdarları tərəfindən həyata keçirilir”, – o deyib.

Məlikovun sözlərinə görə, rayon sakinlərini mitinqlərə çağıran “Telegram” kanallarından biri xaricdən idarə olunur.

“Bu gün biz tamamilə etibarlı məlumat aldıq ki, “Dağıstanın səhəri” kanalı Ukrayna ərazisindən – satqınlar, banderaitlər tərəfindən idarə olunur və tənzimlənir”, – deyə respublika rəhbəri əlavə edib.

O, həmçinin əlavə edib ki, Mahaçqala hava limanında iğtişaşlar nəticəsində iki polis əməkdaşı yaralanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.