Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb

User 11 Oktyabr 2023 - 17:58 (Last updated: 21 May 2025 - 20:15)
ilham2

“Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb”.

Bu barədə Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən bildirib.

Dövlət başçısı qeyd edib ki, 1805-ci ildə Rusiya imperiyasının tərkibinə daxil olmuş Qarabağ xanlığı olub:

“Kürəkçay sülh müqaviləsi imzalanıb, onu Azərbaycan tərəfindən Qarabağ xanı İbrahim Xəlil xan, – o, Qarabağın və Şuşanın xanı idi, – Rusiya tərəfindən isə çar generalı Sisianov imzalayıblar. Kürəkçay müqaviləsinin mətni internetdə var və hər kəs tanış ola bilər. Orada erməni əhalisi və ya erməni əhalisinin hansısa xüsusi hüquqları haqqında heç bir xatırlatma yoxdur. Yəni, bu, bir daha aydın şəkildə ondan xəbər verir və tarixçilər də yaxşı bilirlər ki, Qarabağ əsrlər boyu, minilliklərlə bu ərazidə yaşamış azərbaycanlıların məskunlaşdığı qədim torpaqdır. Kürəkçay sülh müqaviləsindən sonra Azərbaycan xanlıqları ilə Rusiya arasında digər Azərbaycan xanlıqlarının, o cümlədən İrəvan xanlığının da Rusiyanın tərkibinə daxil olduğu daha iki – 1813-cü ildə Gülüstan sülh müqaviləsi və 1828-ci ildə Türkmənçay müqaviləsi olub. Həmçinin bu sənədlərdə, təbii ki, söhbət Azərbaycan torpaqlarından gedirdi. Cənubi Qafqazın sovetləşdirilməsindən sonra Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. O nə üçün yaradıldı? Çünki XIX əsrin həmin sənədlərindən sonra erməni əhalisinin İrandan və Şərqi Anadoludan Azərbaycan ərazilərinə kütləvi köçü başlandı. Artıq sovetləşdirmə məqamında Azərbaycanın Qarabağ regionunun milli tərkibi XIX əsrin əvvəlində olduğundan fərqli idi.

Bunları nəzərə alaraq, ola bilər ki, daha hansısa səbəblərdən sovet hakimiyyəti, Sovet İttifaqı artıq həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayətini, hətta respublika deyil, Azərbaycan SSR-nin tərkibində vilayət yaratdı. Bu, tam yüz il əvvəl baş verib. Artıq Sovet İttifaqında mərkəzdənqaçma meyilləri başlayan vaxtda, erməni separatçılığının və təcavüzkar ekstremizmin baş qaldırdığı 1980-ci illərin sonunda qeyri-rəsmi ekstremist təşkilatları yaradıldı, təəssüf ki, mərkəzi sovet rəhbərliyi tərəfindən buna lazımi qiymət verilmədi, bir çox hallarda isə onları dəstəklədilər”.

Post navigation

Previous: Prezident MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərini qəbul edib
Next: Ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51
Dünya bazarında Azərbaycan neftinin qiyməti 126 dolları ötüb. “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,64...
Read more about Neftimizin qiyməti 127 dollara yaxınlaşır
Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.