Daha 6 erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verilib- Dövlət Komissiyası

Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilməkdədir.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası 23 sentyabr 2022-ci il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə ərazidə tapılmış daha 6 erməni hərbçisinin meyitini Ermənistan tərəfinə təhvil verib.

“Meyitlərə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirilib və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib. Cəsədlərin ərazidə axtarışı davam etdirilir”, – məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl 127 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib.

Əvvəlki məqalə

Bərdədə direktorun müəllimdən pul alması təsdiqini tapmayıb

Sonrakı məqalə

XİN İranın Xudafərində terrorçu qrupun həbs olunmasına dair bəyanatına münasibət bildirib