Daha 95 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb- Operativ Qərargah

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 95 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, iki nəfər isə xəstəlikdən vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 826 075 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 510 nəfər müalicə olunaraq sağalıb, hazırda 557 aktiv xəstə var. Bu günə qədər 10 008 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2438, bu günə qədər isə ümumilikdə 7 423 605 test icra olunub.

Əvvəlki məqalə

“Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın mövqeyi elə onun özünə ziyan vuracaq”

Sonrakı məqalə

“Qarabağda yataqların monitorinqinin baş tutmaması təxribat idi”-