Daha bir partiya VHP-yə birləşir

Vətəndaş Həmrəyliyi Partiyasına (VHP) birləşəcək daha bir partiyanın adı məlum olub.

Azpost.info xəbər verir ki, bu Vəhdət Partiyasıdır.

Vəhdət Partiyası 1994-cü ildə yaradılıb. Partiyanın təsisçiləri Tahir Kərimli və Hacı Cəbrayıl Əlizadədir. 1998-ci ildə Azərbaycan Müstəqil Demokrat Partiyası Vəhdət Partiyasına birləşib. 2002-ic ildə partiya parçalanıb. Yunus Oğuzun rəhbərliyi ilə Milli Vəhdət Partiyası yaradılıb.

Hazırda Vəhdət Partiyasının sədri Tahir Kərimlidir. Vəhdət parlamentdə təmsil olunan 9 pariyadan biridir. Partiyanı Milli Məclisdə Tahir Kərimli təmsil edir.

Bundan əvvəl Sosial Ədalət və Qorqdu partiyalarının VHP-yə birləşəcəyi barədə məlumat vermişdik. VHP sədri, deputat Sabir Rüstəmxanlı məlumatı təsdiqləmişdi.

Abbas

Əvvəlki məqalə

Ali Məhkəmənin sədri təyin edilən İnam Kərimov kimdir? –

Sonrakı məqalə

Zabrat-Kürdəxanı yolunda sürət həddi endirilib