Əməkdar artist, Gülarə Əliyeva adına “Dan ulduzu” ansamblının ilk skripka ifaçısı Esmira Babayeva vəfat edib.
Azpost.info bildirir ki, bu barədə hüquqşünas Səməd Vəkilov bildirib.
O, bu gün səhər saatlarında vəfat edib.
Esmira Babayeva bu gün dəfn ediləcək.
Qeyd edək ki, Esmira Babayeva 1947-ci ildə doğulub. O, “Dan ulduzu” instrumental ansamblının ilk skripka ifaçısı olub.
Xatırladaq ki, Esmira Babayeva bu yaxında vəfat edən bəstəkar Mobil Babayevin bacısıdır.
Allah rəhmət eləsin!
