“Danışıqlar nəticəsiz olacaq, Rusiya ictimai rəyi aldadır” –Heydər Əliyevin sabiq müşaviri

“Rusiya və Ukrayna arasında danışıqların bu raundu da nəticəsiz qalacaq”.

Bu sözləri Azpost.info-ya prezident Heydər Əliyevin sabiq müşaviri, politoloq Qabil Hüseynli deyib. Məlumat üçün deyək ki, bu gün Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu keçirilir. Danışıqlar artıq başlayıb.

Qabil Hüseynli hesab edir ki, Rusiyanın irəli sürdüyü şərtlər qəbuledilməzdir və Kiyevin bununla razılaşacağı inandırıcı görünmür: “Rusiya deyir Krım üzərində suverenliyimi tanı, Donbas və Luqansk separatçılarını dövlət kimi qəbul et. Bu azmış kimi Ukraynda denasifikasiya və demilitarizasiya aparaılmasını irəli sürür. Bütün bunlar Ukrayna xalqını aşağılamaqdır. Təsəvvür edin, iddia edirlər ki, Ukraynada nasistlər var. Halbuki nasizm Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovski və onun kimi digərlərinin simasında Rusiyada bərəqrar olub. Sən başqasının torpağına gir, şəhərlərini dağıt, insanlarını öldür, ölkədə separatizmi alovlandır, sonra de ki, denasifikasiya aparmaq lazımdır. Bütün bunlar qəbuledilməzdir. Ona görə də hesab edirəm ki, danışıqlar bu dəfə də nəticəsiz qalacaq”, – deyə politoloq bildirib.

Qabil Hüseynlinin sözlərinə görə, danışıqlar Rusiya üçün vaxt udmaq, həm də dünya ictimai rəyində özünü dialoq tərəfdarı kimi göstərmək üçün lazımdır: “Rusiya ictimai rəyi aldatmaqla məşğuldur. Bir tərəfdən Ukraynanı danışıqlara çağırır, digər tərəfdən isə Kiyevi, Xarkovu və digərləri bombalayır, dinc insanları qırır. Rusiya danışıqlar məsələsində səmimi deyil. Sadəcə dünyaya özünü dialoq tərəfdarı kimi göstərməyə çalışır”, – politoloq əlavə edib.

O bildirib ki, bu raunddan sonra da Rusiya təcavüzkar siyasətini davam etdirəcək: “Rusiya müharibəni davam etdirəcək. Amma məğlub olacaq”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya müharibənin dayanması üçün şərtini açıqlayıb –

Sonrakı məqalə

“Rusiya Kiyevi tutmaq üçün suriyalı döyüşçülər cəlb edib” –