“Danışıqlar uğursuz olarsa, Ukrayna daha pis vəziyyətə düşəcək”-ABŞ dövlət katibi

Hakan Fidan Rubio
Hakan Fidan Rubio

ABŞ ikitərəfli məsləhətləşmələrdən sonra Rusiyanın Ukrayna böhranı ilə bağlı mövqeyini daha yaxşı başa düşür.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio “Free Press”ə müsahibəsində deyib.

“Bizim gördüyümüz iş Rusiyanın mövqeyinin nə olduğunu anlamaqdır. Biz bunu indi daha yaxşı başa düşürük”.

ABŞ dövlət katibi Ukraynada müharibənin hərbi yolla həllinin olmadığını da vurğulayıb.

“ABŞ-ın rəhbərlik etdiyi danışıqlar uğursuz olarsa, Ukrayna gələcəkdə daha pis vəziyyətə düşə və Rusiyadan daha sərt sülh şərtləri ala bilər”, – Rubio əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.