Daşkəndin mərkəzində “Miran International Hotel”in keçmiş binası yanır.
Azpost.info bildirir ki, yanğın tikinti sahəsində baş verib. Hadisə yerinə yanğınsöndürənlər gəlib.
Bir nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəsarət alanların dəqiq sayı hələlik məlum deyil.