Daşkəsəndə 15 yaşlı qız odlu silahdan açılan atəş nəticəsində ölüb

Daşkəsəndə bədbəxt hadisə baş verib.

Hadisə rayonun Qabaqtəpə kəndində qeydə alınıb. Kənd sakini, 2007-ci ildə anadan olmuş Həsənova Günel Əli qızı yaşadığı evdə odlu silahdan açılan atəş nəticəsində ölüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Meyit müayinə olunmaq üçün adiyyatı üzrə təhvil verilib. Məlumata görə hadisə baş verən zaman yeniyetmə qız evdə tək olub.

Faktla bağlı Daşkəsən rayon prokrorluğunda araşdırma aparılır(apa).

Əvvəlki məqalə

Zaqatalada meşə yanğınının yayılmasının qarşısı alınıb

Sonrakı məqalə

Daha 612 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib