Dekabrın 27-də Laçın yolundan sülhməramlıların neçə avtomobili keçib?

Dekabrın 27-da Laçın-Xankəndi yolunda keçirilən dinc etiraz aksiyasının 16-cı günündə bu yoldan Rusiya sülhməramlılarına məxsus 2 minik və 19 təminat avtomobilinin sərbəst keçidi təmin olunub.

Avtomobillərdən 2-si Laçından Xankəndiyə, qalan 19-u isə əks istiqamətdə hərəkət edib.

Bu, bir daha onu göstərir ki, yolun Şuşa şəhəri ərazisindən keçən hissəsində təşkil olunan aksiya humanitar məqsədlər üçün istifadə edilən avtomobillərin hərəkətinə heç bir maneə törətmir.

Əvvəlki məqalə

Dekabrın 31-dən vatsap bu telefonlarda işləməyəcək

Sonrakı məqalə

İlon Mask insanabənzər robotun yaradıldığını elan edib