Dekabrın 29-da Laçın yolundan sülhməramlıların neçə avtomobili keçib?

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

Dekabrın 29-da Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 31 təminat-təchizat, minik və təcili tibbi yardım avtomobili maneəsiz keçib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Əvvəlki məqalə

Azərbaycanın İsrailə ilk səfiri təyin olunub –

Sonrakı məqalə

Odessa zülmətə qərq olub –