Azərbaycanla sərhədin demarkasiya olunmuş hissələrinə mümkün olan ən yüksək təhlükəsizlik zəmanəti verilir.
Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O qeyd edib ki, müasir dünyada demarkasiya edilmiş sərhəddən daha effektiv təhlükəsizlik zəmanəti yoxdur.
“Əgər kimsə deyirsə ki, dünyada demarkasiya edilmiş sərhəddən daha effektiv təhlükəsizlik zəmanəti var, siz buna inanmamalısınız. Çünki sərhədlərimizin demarkasiyası olan ərazilərdə maksimum mümkün təhlükəsizlik zəmanəti verilir”, – Paşinyan bildirib.
Azpost.info