Demensiyanın əsas əlamətləri nitqin pozulması və insan davranışında dəyişikliklərdir.
Azpost.info xəbər verir ki, bunu rusiyalı həkim Yelena Malışeva “Sağlam yaşa!” verilişinin efirində deyib.
O, xəstəliyin beyində zülalların yığılması nəticəsində baş verdiyini bildirib.
“Həm Alzheimer xəstəliyi, həm də frontotemporal demensiya beyində zülallar yığılmağa başladığı üçün inkişaf edir. Serebrospinal maye testindən istifadə edərək hansı zülalın yığıldığını müəyyən edə bilərsiniz. Yaşlı insanlarla belə bir araşdırma aparmaq problemlidir. Buna görə də MRT alternativ tədqiqat kimi istifadə edilə bilər”, – Malışeva qeyd edib.
Onun sözlərinə görə, bir sıra infeksiyalar demensiyaya səbəb ola bilər, lakin insan peyvənd olunmaqla özünü bundan qoruya bilər. Söhbət suçiçəyi, meningokok, qrip, pnevmokok və insan papillomavirusuna qarşı peyvəndlərdən gedir.
Azpost.info