Deputatın sədri olduğu partiya fəaliyyətini dayandırmaq istəyir

Deputat Sabir Hacıyev sədri olduğu Vətəndaş Birliyi Partiyasının (VBP) fəaliyyətini dayandıra bilər.

Bu barədə Azpost.info-ya daxil olan məlumatda bildirilir ki, Sabir Hacıyev bundan sonrakı fəaliyyətini deputat kimi davam etdirməyi düşünür.

Bəzi iddialara görə, VBP-nin hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşdirilməsi də nəzərdən keçirilib. Məlumatda qeyd edilir ki, Sabir Hacıyevin artıq partiya sədri kimi deyil fərd olaraq siyasi fəlaiyyətlə məşğul omaq barədə düşünməsi “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu ilə əlaqədardır. Yeni qanun partiyaların qeydiyyatdan keçməsini bir qədər çətinləşdirib. Qeydiyyat üçün minimum 5000 üzv lazımdır.

Bəzi məlumatlara görə isə Sabir Hacıyev sadəcə partiyaya ehtiyac duymur. Ona görə də VBP-nin fəaliyyətini dayandırmağı düşünür.

Məlumatla bağlı deputatın mövqeyini öyrənməyə çalışsaq da, mümkün olmayıb. Sabir Hacıyev zəngimizə cavab verməyib.

Hüseyn

Əvvəlki məqalə

Ərdoğan dağıntılar altından sağ çıxarılanlarn sayını açıqladı

Sonrakı məqalə

İtaliya Baş naziri sabah Kiyevə gedəcək