“Dezinfeksiya üçün sprey və gellərin də istehsalına başlanılıb” –Mikayıl Cabbarov

“Gələn həftədən tibbi xalat və maskaların istehsalına başlanılacaq”.

Bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, hazırda 6 yeni tibbi spirt istehsalçısı fəaliyyət göstərir. Çeşidlər olaraq 100, 250, 500 millilitr, 1 və 5 litr həcmində spirt istehsal edilir və respublikada bütün ehtiyacları ödəməyə imkan yaradır. Bu gün 96 faizli spirt qalığının həcmi ölkədə 1,5 milyon litrdir.

Nazir qeyd edib ki, dezinfeksiya üçün sprey və gellərin də istehsalına başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda hərbi xidmətə çağırışın vaxtı uzadılır

Sonrakı məqalə

Balakəndə narkobaron “Vitka” saxlanılıb –