Ermənistanla münasibətlərin normallaşdırılması prosesini Azərbaycanla koordinasiya edirik.
APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində bildirib.
“Biz Ermənistanla dialoqa başlayarkən nə Ermənistan bizə qondarma “soyqırımı” qəbul edin deyib, nə də biz onlara bundan vaz keçin demişik”, – nazir qeyd edib.
Türkiyə XİN rəhbəri vurğulayıb ki, İrəvanda “Nemezis” əməliyyatına abidə ucaldılması ilə Ermənistan xoşniyyətli olmadığını göstərir.