DİN vəzifəli şəxslərə qarşı əməliyyat keçirir

09 İyul 2020 - 13:50

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi kənd təsərüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərə qarşı əməliyyat keçirir.

APA-nın məlumatına görə, əməliyyatda Kənd Təsərüfatı Nazirliyinin əməkdaşları da iştirak edir. Saxlanılanların olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti APA-ya məlumatı təsdiqləyib. Bildirilib ki, əməliyyat barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Əməliyyatla barədə ilk xəbəri “Qafqazinfo.az” saytı yayıb.