Diplomatik korpusun nümayəndələri Gəncəyə gedir

Azərbaycandakı diplomatik korpusun nümayəndələri Gəncəyə gedir.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi –  Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

“Diplomatik korpus və hərbi attaşelərlə Gəncəyə gedirik. Qoy, beynəlxalq ictimaiyyət Ermənistanın mülki şəxslərə qarşı barbar əməllərini görsün. Ermənistan məsuliyyətindən qaça bilməz”, – deyə H.Hacıyev qeyd edib.

Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

İndiyədək dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Düşmənin S-300 zenit-raket kompleksi məhv edilib –

Sonrakı məqalə

Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi dəqiq atəşlə məhv edilib –