“Diplomatlar Tərtərdə Ermənistanın amansız raket hücumlarının nəticələrinin şahidi oldular”- Hikmət Hacıyev (VIDEO)
Oktyabrın 29-da Ermənistan ordusu tərəfindən Tərtərə atılan “Smerç” raketi fərdi evdən götürülərək yerli muzeyə təhvil verilib.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.
“Tərtər rayonu Şıxarx qəsəbəsi. 44 günlük müharibədə Ermənistan məcburi köçkünlər üçün tikilmiş bu yaşayış məntəqəsini intensiv şəkildə fərq qoymadan atəşə məruz qoyub. Diplomatik korpusun nümayəndələri Ermənistanın amansız raket və artilleriya hücumlarının nəticələrinin şahidi oldular”, - deyə Prezidentin köməkçisi qeyd edib.
https://youtu.be/15hQAmStC64
Əlaqəli xəbərlər
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
-
Azərbaycanda ən çox bu ərzaqlar bahalaşıb – qiymətlərdəki artımın detalları
-
Giləzi-Quşçuluq" MMC-nin rəhbərliyi həbs edilib - RƏSMİ AÇIQLAMA
-
Torpaq sənədi olan, çıxarış ala bilməyənlərə şad xəbər – Qanun dəyişir
Növbəti xəbər yüklənir...