Dirijor Niyazinin oğlu illər sonra üzə çıxdı, göz yaşı tökdü –"Yeddi dəfə həbsdə olmuşam...Narkotikə qurşandım"/ VİDEO

Korifey sənətkarımız, dirijor Niyazinin oğlu Ceyhun uzun illərdən sonra üzə çıxıb. 

Azpost.info bildirir ki, AZTV-nin efiri üçün müsahibə verən Ceyhun bu illərdə başına gələnlərdən danışıb.

“14 yaşında narkotikə qurşandım”-deyən Ceyhun göz yaşlarını saxlaya bilməyib.

Dirijor Niyazi ilə dünyalar qədər sevdiyi Həcər xanımın izdivacından övladları olmayıb. Onların övladları olmadığından qohumlarından Ceyhun adlı oğlanı övladlığa götürüblər. Amma Niyazi və Həcər xanımın böyütdüyü bu oğlan məşhur ailəyə fəlakət gətirib.

Bütün qayğısız uşaqlıq dövrünü bu məşhur ailənin evində keçirən Ceyhun günlərin birində narkotik alüdəçisinə çevrilir. Elə ailə dramı bundan sonra başlayıb. Ceyhun Niyazi və Həcər xanımı min bir əziyyətə düçar edib. 1990-cı il isə Niyazinin ailəsi üçün dəhşətli hadisə ilə yadda qalıb. Bəzi məlumatlara görə, narkotik almaq üçün pul dalınca evə gələn Ceyhun istədiyini əldə edə bilməyəndə analığı Həcər xanımı öldürmək qərarına gəlir. Əvvəl analığının başından vurur, sonra isə onu boğur və evi qarət edərək qaçır.

İndi Niyazinin ev-muzeyində sahibinə məxsus xatirə əşyalarının və əlyazmalarının çoxu yoxdur. Deyilənə görə, o əşyaların bəzilərini (məsələn, Maestronun həmişə barmağına taxdığı brilliant qaşlı üzüyü) Ceyhun evdən çıxararaq satıb, puluna narkotik alıb.

Əvvəlki məqalə

Mixeil Saakaşvilinin müalicə aldığı klinikadan videogörüntülər yayıldı –

Sonrakı məqalə

“Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır” –