“Dollardan istifadədən imtina qaçılmazdır. Amerikalılar oturduqları budağı kəsiblər və sanksiyalar heçliyə aparan yoldur”.
Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.
“Dollardan qaçış başlayır, hələ çox sürətli deyil, amma əlbəttə ki, sürətlənəcək. Bu tendensiya geridönməzdir. Amerikalılar dolların gücündən istifadə edərək oturduqları, beynəlxalq maliyyəni və ümumilikdə dünya iqtisadiyyatını idarə edən budağını ciddi şəkildə kəsdilər”, – Lavrov bildirib.
XİN rəhbəri əlavə edib ki, Braziliya dollardan uzaqlaşmağa və öz valyutalarına daha çox güvənməyə çağırıb.
Azpost.info