Dolların bu günə olan rəsmi məzənnəsi

17 Noyabr 2020 - 09:52

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

2020-ci ilin noyabrın 17-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat səviyyəsində qalıb. 1 avronun məzənnəsi 2,0161 manata, 1 Rusiya rublu isə 0,0222 manata yüksəlib. 1 türk lirəsi 0,2205 manata enib.