Dönərdən zəhərlənən məktəblilərin hamısı evə buraxılıb

24-25 oktyabr tarixlərində dönərdən zəhərlənmə səbəbilə Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.

Bunu TƏBİB-dən bildiriblər. Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və 20 nəfər ambulator müalicə üçün evə buraxılıb. Bu gün müalicəsi davam etdirilən son 4 nəfər də ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.

Əvvəlki məqalə

Ermənistan Rusiya hərbi bazasından 2044-cü ilə qədər imtina edə bilməyəcək

Sonrakı məqalə

Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının təməli qoyulub