“Dövlət şirkətləri dövlətin boynunda böyük yükdür” – “Büdcədən pulları “sağmaq”la idarəçilik ola bilməz” (PREZİDENT)
“Azərbaycanda dövlət şirkətlərinin idarəetməsi axsayır, müasir tələblərə cavab vermir. Bu idarəetmə büdcədən pulların “sağılması” üçün istifadə olunur. Belə davam edə bilməz”.
Azpost.info bildirir ki, bu sözləri prezident İlham Əliyev xarici və yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında İnvestisiya Holdinqinin yaradılması ilə bağlı sualı cavablandırarkən deyib.
Dövlət başçısı qeyd edib ki, dövlət şirkətlərində idarəetmə sisteminin təkmilləşdirilməsi üçün İnvestisiya Holdinqi yaradılıb.
“Dövlət şirkətləri dövlətin boynunda olan böyük yükdür. SOCAR da bu yaxınlara qədər qazlaşdırmaya görə, dotasiya alırdı. Belə ola bilməz”-deyə İlham Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, bu şirkətlərin əksəriyyəti səmərəsizdir: “Rəhbərliyin möhkəmləndirilməsi, idarəetmənin təkmilləşməsi baxımından kim yeni qaydalarla dürüst, şəffaf işləmək istəməsə məsuliyyətə cəlb olunacaq”.
Əlaqəli xəbərlər
-
Azərbaycanda elektrik enerjisi ilə bağlı mühüm qərar – Tariflər dəyişə bilərmi?
-
Azərbaycanın iqtisadiyyatı böyüyür, neft sektoru geriləyir – təhlükə nədədir?
-
Azərbaycanda saxta həkim diplomları - Rəsmi rəqəmlər nəyi göstərir?
-
Azərbaycanda 1000 manat maaşla yaşamaq mümkündür? - Ailə xərcləri hesablandı
Növbəti xəbər yüklənir...