Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlir və xərcləri artırılıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinə dəyişiklik edilib.

Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlirləri 12 073 255,5 min manatdan 14 109 215,6 manata, xərcləri isə 12 900 232,5 min manatdan 12 904 943,4 manata qaldırılıb.

Əvvəlki məqalə

Azərbaycan XİN rəhbəri Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb

Sonrakı məqalə

Neft Fondunun 2023-cü ildə gəlir və xərcləri nə qədər olub?