Dövlət Aqrar Universitetinə rektor əvəzi təyin edilib-FOTO

Azərbaycan Dövlət Aqrar Universitetinə rektor əvəzi təyin edilib.
Azpost.info bildirir ki, Bakı Ali Neft Məktəbinin elmi işlər üzrə prorektoru Zəfər Qurbanov bu vəzifəyə təyin olunub.
Bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib.
“Ali Məktəbimizin tədris və elmi işlər üzrə prorektoru Zəfər Qurbanov böyük etimadla Azərbaycan Dövlət Aqrar Universitetinin rektor əvəzi təyin edilib. Bu təyinat,təkcə Zəfər müəllimə deyil, bütövlükdə SOCAR-ın Bakı Ali Neft Məktəbinə olan etimad və etibardır”-deyə o yazıb.
Əvvəlki məqalə

“Əl-Qaidə” 11 sentyabr terrorundan bəhs edən kitab nəşr etdirib

Sonrakı məqalə

Milli Məclisin sədri Tacikistan Prezidenti ilə görüşüb