2021-ci il dövlət büdcəsinin parlamentdə müzakirəsinin gecikmə səbəbi məlum olub

“2021-ci ilin büdcə layihəsinin Milli Məclisə təqdim edilməsinin gecikməsinin səbəbi ərazilərin işğaldan azad edilməsi ilə bağlıdır”.

Bunu APA-ya  açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. V.Əhmədov Prezident İlham Əliyevin noyabrın 24-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” sərəncam imzaladığını xatırladıb. Fərmana əsasən, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin rəhbərliyi ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahda Prezidentin köməkçiləri, nazirlər, dövlət qurumlarının rəhbərləri təmsil olunur. Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılacaq: “Artıq Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi bu sahələrdə işləyir, müəyyən qiymətləndirmələr aparırlar.Dövlət büdcəsində də əsas 4 sahəyə biz nəzər yetirəcəyik. Bunlardan birincisi, şəhid ailələri və qazilərin yaşayış səviyyəsinin yüksəldilməsi, onların evlə təmin olunması və müavinət məsələlərində problemlərinin olmaması ilə bağlı olacaq. İkincisi, büdcədə işğaldan azad edilmiş ərazilərin ilk olaraq minalardan təmizlənməsi ilə bağlı məsələ əksini tapacaq. Üçüncüsü, həmin ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsi, icra orqanlarının bərpa edilməsi ilə bağlı məsələ də büdcədə nəzərə alınacaq. Eyni zamanda, həmin ərazilərdə kənd təsərrüfatı və digər sahələrin inkişafı məsələsini biz nəzərə almalıyıq. Çünki bu ərazilər vaxtilə Azərbaycanın ümumdaxili məhsulunun 45 -47 %-ni təmin edirdi. Vaxtilə süd istehsalının 35 %-i Qarabağdan gəlirdi. Həmin torpaqlar çox münbitdir. Bu gün də orada 1 milyon hektara yaxın yararlı torpaq sahələri var. Yəni, bu ərazilər üçün kifayət qədər böyük vəsait lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 3705 nəfər COVID-19-a yoluxub –

Sonrakı məqalə

Rusiya Müftilər Şurasının sədri Prezident İlham Əliyevə məktub ünvanlayıb