Dövlət Yol Polisi sürücülərə müraciət etdi- Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli çıqlamasında deyib ki, yanvarın 8-dən Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyini nəzərə alaraq sürücülər nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməlidirlər.

“Təkərlərin qış mövsümünə uyğunluğu, şüşə silkəclərinin, xüsusilə əyləc sistemlərinin sazlığına diqqət yetirməklə avtomobillərin idarə edilməsini tam təhlükəsiz şəraitdə, ara məsafəsini gözləməklə, sürət həddinə ciddi nəzarət etməklə idarə etsinlər. Bir daha sürücülərimizdən hava şəraitinə uyğun olaraq nəqliyyat vasitəsinin tam sazlığını diqqətdə saxlamağı xahiş edirik”, – deyə vurğulayıb.

Qeyd edək ki, yanvarın 8-dən başlayaraq ölkədə hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.

Əvvəlki məqalə

Prokuror ana və iki uşağını öldürən məktəb direktoruna ömürlük həbs tələb etdi

Sonrakı məqalə

Bakıdan Naxçıvana gedən jurnalistlər səlahiyyətli nümayəndə və DİN naziri ilə görüşdülər –