DTX-nin Şuşa şəhər idarəsi təsis edildi

12 Noyabr 2020 - 14:35

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şuşa şəhər idarəsi təsis edilib.

Bu barədə DTX-nın saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilib ki, Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilib və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq.