Dumada Rusiyanın bütün sakinlərini rus adlandırmaq təklif edilir

Rusiya Dumasının deputatı Sultan Həmzəyev Rusiyada rus xalqının statusunu müəyyən edən federal qanunun qəbulunu təklif edib.

Azpost.info xəbər verir ki, onun fikrincə, terminologiyaya yenidən baxılmalı və “Rusiya Federasiyasının çoxmillətli xalqı” anlayışı “Rusiya Federasiyasının rus xalqı” anlayışı ilə əvəz edilməlidir.

“Rusiyada bir çox millət var, ancaq bir xalq. Bütün milli qrupları özündə birləşdirən rus xalqı”, – deputat deyib.

Onun sözlərinə görə, Rusiya cəmiyyəti belə bir qanunvericilik konsepsiyasını tətbiq etmək üçün kifayət qədər yetkindir.

Deputat vurğulayıb ki, rus xalqının tərkibində təkcə slavyanlar deyil, həm də Dağıstan, Tatarıstan, Çeçenistan, Başqırdıstan, Yakutiya kimi milli respublikaların nümayəndələri də var.

Azpost.info

Əvvəlki məqalə

Sumqayıtda körpə xəstəxanada ölüb

Sonrakı məqalə

Premyer Liqa: