Yanvarın 30-da ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 118, o cümlədən borclu şəxs qismində axtarılan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotik vasitələrlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.