Dünya çempionatının açılış oyununa hakim təyinatları açıqlandı

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının açılış oyununun hakim təyinatları bəlli olub.

AZƏRTAC xəbər verir ki, A qrupunun Qətər – Ekvador matçını italiyalı Danielr Orsato idarə edəcək.

Qeyd edək ki, noyabrın 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Matç 80 min azarkeş tutumuna malik “Al Bayt” stadionunda keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.