“DÇ-2022-dən sonra Argentina millisini tərk edə bilərdim”
.Azpost.info bildirir ki, bu sözləri məşhur futbolçu Messi “TV Publica” ya müsahibəsində deyib.
“Dünya çempionatından böyük həzz aldım. Çünki bilirdim ki, bu mənim sonuncu çempionatım ola bilər. Düzünü desəm, qalib olmasaydıq, daha milli komandada olmayacaqdım. Ola bilməzdi ki, mən klub və fərdi səviyyədə hər şeyi qazanım, amma millidə qələbə qazanmayım. Bu, mənim üçün nəyinsə çatışmadığı anlamına gələrdi”.
Messi hazırda yığmada olduğunu bildirib: “Bu gün dünya çempionu kimi millidən ayrıla bilmərəm. Bütün bunlardan həzz almalıyam”– deyə hücumçu vurğulayıb.
Azpost.info