“Dünya gözəli” müsabiqəsinin qalibi açıqlandı –FOTO

“Dünya gözəli” müsabiqəsinin qalibi Çexiya təmsilçisi Kristina Pışkova olub.

Yarışın finalı Hindistanın Mumbay şəhərində baş tutub.

İkinci yerə livanlı Yasmina Zaitoun layiq görülüb.

Yarışda iştirak edən 112 iştirakçı arasında Rusiyanı təmsil edən olmayıb.

Qeyd edək ki, “Dünya gözəlli” müsabiqəsinin finalları 28 illik fasilədən sonra Hindistana qayıdıb. Bu ölkə təmsilçisi ilk 8 finalçı sırasına daxil olub. Əvvəllər Hindistandan olan qızlar altı dəfə müsabiqənin qalibi olublar.

Əvvəlki məqalə

Makron Ukraynaya səfərə edəcək

Sonrakı məqalə

SSRİ Televiziyasının məşhur diktoru vəfat edib –