“Bürokratiyaya qərq olmuş dünya idman təşkilatları və beynəlxalq olimpiya hərəkatı parçalanmalı və şəffaf olimpiya prinsipləri əsasında yenidən qurulmalıdır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Onun sözlərinə görə, idman məmurları əksər hallarda simasız korrupsionerlərdir.
“İdman böyük biznesə çevrilib. Görünür, bu cinayətkar təşkilatdakı hər şeyi cəhənnəmə çevirməyin və təşkilatı təmiz, şəffaf idman prinsipləri əsasında yenidən qurmağın vaxtı çatıb”, – Medvedev bildirib.
Azpost.info