Dünya şahmatında yeni rekord- 3 yaşlı oğlan "ən gənc reytinqli şahmatçı" oldu

Hindistanlı Aniş Sarkar dünyanın ən gənc reytinqli şahmatçısı olub.

3 yaşlı iti zəka sahibi FIDE klassik reytinqini 1555-ə çatdırıb. O, buna Qərbi Benqal Ştatında keçirilmiş U-9 açıq çempionatında 140 iştirakçı arasında 24-cü yeri tutmaqla nail olub.

Bununla da A.Sarkar dünya üzrə 190.000-dən çox aktiv şahmatçı arasında ən gənc reytinqli oyunçu adına sahib çıxıb. Onu bu statistikada banqladeşli Afnan Tayvar Ailan (16 mart 2020-ci il, 1542 xal), çilili Santiaqo Alonso Rubio Soto (19 oktyabr 2020-ci il, 1484 xal) və viyetnamlı Vu Hao Nhien (9 mart 2019-cu il, 1473 xal) izləyirlər(azərtac).

Əvvəlki məqalə

“Partiyanın ilk qaradərili liderinin olması qürurverici bir məqamdır”

Sonrakı məqalə

“Zirə” səfərdə “Şamaxı”ya qalib gəlib