Dünyada 1995-ci ildən bəri görünməmiş bahalaşma –22 əsas ərzağın qiyməti 50 faiz artıb

Dünyada neft, metallar, taxıl, həmçinin digər əsas xammal və ərzaq məhsulları il ərzində yarıya qədər bahalaşıb. Yanvarın sonuna onların qiymətlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 46 faizlik artım olub.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiyanın aparıcı “Nikkei” qəzeti ekspertlərin hesablamalarına istinadən məlumat yayıb. Qeyd olunur ki, bu, 1995-ci ildən bu yana ən böyük qiymət artımıdır.

Nəşr yazır ki, qiymət artımı dünyada biznes mühitinin və bir sıra aparıcı ölkələrdə epidemioloji vəziyyətin qismən yaxşılaşması fonunda istehlak tələbinin kəskin artması ilə bağlıdır. Bir sıra regionlarda qeyri-sabit vəziyyətlə əlaqədar tədarükdə mümkün fasilələrlə bağlı qorxular da mühüm rol oynayır.
Mütəxəssislərin fikrincə, 22 əsas mal və ərzaq məhsulundan il ərzində 50 faizdən çox bahalaşıb. O cümlədən, qəhvənin qiymətində 91, pambığın qiymətində 58, alüminiumun qiymətində 53 faizlik bahalaşma olub. Təbii qaz qiymətləri isə Ukrayna ətrafında baş verən hadisələrin güclü təsiri fonunda yüksəlib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda 7-ci sinif şagirdi intihara cəhd edib

Sonrakı məqalə

Azərbaycan Səfirliyi Araik Arutunyanın Moskva səfərinə münasibət bildirdi