Dünyada hər il 236 min insan suda boğulur

Suda ölüm halları bütün dünyada 24 yaşa qədər uşaqların və gənclərin ölümünün əsas səbəblərindən biridir. Hər il dünyada 236 mindən çox insan suda boğulur.

Azpost.info bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında deyilir.

Suda boğulma nəticəsində ölüm hallarının 90 faizdən çoxu gəlirləri orta və aşağı səviyyədə olan ölkələrdə baş verir. Bu halda 5 yaşa qədər uşaqlar daha çox riskə məruz qalır. Belə ölüm halları çox vaxt çimmək, məişət ehtiyacları üçün su götürmək, qayıqlarda gəzmək və balıq ovu kimi hadisələrlə bağlı olur. Fövqəladə hava şəraiti – daşqınlar və mussonlar da boğulma hallarına tez-tez gətirib çıxarır.

ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus deyib: “Hər il dünyada yüz minlərlə insan suda boğulur, halbuki belə ölüm hallarının çoxunun qarşısını sadə və ucuz başa gələn tədbirlərlə almaq mümkündür. Gəlin birləşək və insanların suda boğulmasını dayandıraq”.

Əvvəlki məqalə

Rüşvət alıb ədalətsiz qərar çıxarmış məhkəmə hakimi həbs edilib –

Sonrakı məqalə

Turistlərin ən çox ziyarət etdiyi məkanların siyahısı açıqlanıb