Düşmən Tərtər, Ağdam və Ağcabədini artilleriya atəşinə tutur –

RƏSMİ
07 Noyabr 2020 - 14:04

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ordumuzun bölmələri tərəfindən düşmənə qarşı cavab tədbirləri görülür.