Düşmənin hərbi hissəsi ələ keçirildi –

MÜDAFİƏ NAZİRLİYİ
18 Oktyabr 2020 - 12:21

Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.

Azpost.info bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Cəbhə boyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayır.