Düşmənin Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarı partlayıb –

MÜDAFİƏ NAZİRLİYİ
06 Noyabr 2020 - 13:17

Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib.

Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi.