Ehtiyatda olan zabitlərin həqiqi hərbi xidmətə qəbulu elan edilib –RƏSMİ

Müdafiə Nazirliyi (MN) Azərbaycan Ordusunda bağlaşma əsasında könüllü olaraq zabitlərin həqiqi hərbi xidmətə qəbul edilmələri üçün fiziki cəhətdən sağlam, məhkumluğu olmayan, 35 yaşınadək ehtiyatda olan zabitlərin həqiqi hərbi xidmətə qəbulunu elan edir.

Bu barədə MN məlumat yayıb.

Bildirilib ki, vətəndaşlar bazar və bayram günləri istisna olmaqla saat 09:00-dan 17:00-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə ərizə ilə və ya Müdafiə Nazirliyinin elektron poçt ünvanına müraciət edə bilərlər. Məhkumluğu olan, xəstəliyə və xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin müraciət etməməsi xahiş olunur.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Azərbaycandadır

Sonrakı məqalə

Ceyhun Bayramov Çavuşoğlu ilə müzakirə etdiyi mövzuları açıqlayıb