Ekipaj yoldaşı təyyarədə öldü, pilot bunu zarafat sandı

İngiltərənin Blekpul hava limanına enən təyyarənin pilotu bütün yol boyu yanında oturmuş ekipaj yoldaşının vəfat etdiyini bilməyib.

Azpost.info bildirir ki, yalnız təyyarə yerə endikdən sonra onun öldüyü aydınlaşıb.

Pilot bildirib ki, yol boyu ikinci pilot onun sözlərinə reaksiya verməyib. O isə elə bilib ki, ekipaj yoldaşı zarafat edir.

“Təyyarə yerə endikdən sonra vəziyyət aydın olub. Həkimlər ikinci pilotu xilas etməyə çalışsalar da buna nail ola bilməyiblər”.

Uçuşdan əvvəl 57 yaşlı pilot tibbi müayindən keçib və uçuş icazəsi alıb. Həkim rəyinə görə, pilot həmkarı bildirib ki, uçuş başlayandan sonra həmkarının başının arxaya tərəf düşdüyünü hiss edib.  “Pilot təlimaçını yaxşı tanıyırdı. O elə bilib ki, ikinci pilot bu hərəkətlə zarafat edir. Heç ağlına belə gətirməyib ki, bədbəxt hadisə baş verib”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.