Eks-baş nazir SSRİ-nin niyə dağıldığını açıqladı:

“Qorbaçov istefa verdi, səhər qışqırdı ki, “getmirəm!” - TARİX
04 Oktyabr 2019 - 16:21

“Əgər biz 1988-89-cu illərdə düzgün milli siyasət yürütsəydik o zaman ölkənin dağılmasının qarşısını ala bilərdik. 1991-ci ildə SSRİ-ni artıq saxlamaq mümkün deyildi”.

Azpost.info bildirir ki, bu sözləri SSRİ Nazirlər Sovetinin sabiq sədri Nikolay Rıjkov “Komsomolskaya Pravda”ya verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə,  Mixail Qorbaçovun bir yolu var idi. İstefa. O isə qorxdu və buna getmədi:  “Biz 80-ci illərin sonunda gözəl başa düşürdük ki, Qorbaçovun nufuzu sıfıra yaxınlaşır. Bu isə dövlət idarəçiliynə təsir edirdi. Onu Qərbdə nə qədər çox alqışlayırdılardsa,ölkə daxilində xalq ona o qədər pis yanaşırdı”.

Rıjkov SSRİ rəhbərliyində Qorbaçovun istefaya göndərilməsi barədə müzakirələrin getməsi  barədə ilk dəfə açıqlama verib.

Partiyanın 28-ci qurultayından bir qədər əvvəl partiya kuluarlarında rəhbərliyin dəyişdirilməsi barədə fikirlər səslənməyə başladı. Təklif olunurdu ki, Baş katib postuna başqa adam seçilməlidir. Qorbaçov isə fəxri sədr kimi saxlanımalıdır. Mən Qorbaçova zəng vurdum: “Mixail Sergeyeviç, belə bir təklif var… Məsələ ciddidir, siz də bilirsiniz. Nə baş verdiyini başa düşürsünüz…” O, isə “Hə, başa düşürəm…”. Mən dedim ki, “Bir çox adamların fikrincə, partiyanın qurultayında yeni Baş katib seçilməlidir. Sizsə bayraq kimi qalacaqsınız…Bəlkə bu addım xalqı birtəhər sakitləşdirdi…”

Daha sonra N.Rıjkov deyib ki, SSRİ-nin rəhbəri təkliflə razılşaıb: “Qorbaçov mənə dedi ki, “bunun üçün səbəb var, çünki vəziyyət çox ağırdır. Bu qərar bəlkə doğurdan da hansısa formada vəziyyətdən çıxmağa imkan verəcək”. Mən fikirləşdim ki, Qorbaçov müvafiq sənədləri hazırlayacaq. Səhər işə gələndə Qorbaçov mənə zəng vurdu, əsəbi halda: “Qulaq as, axşamkı danışığı unut. Sən mənə nə təklif edirsən? Bu nədir? Mən bunun qəti əleyhinəyəm! Siz bu təkliflə məni “hasardan o tərəfə” tullamaq istəyirsiniz”. Çox əsəbəi və qəzəbli bir danışıq oldu.

Mən ona “Mixail Sergeyeviç, siz axı axşam bu təklifə müsbət yanaşdınız?” dedim.  O isə “Bəli, amma gecə fikrimi dəyişdim. Bu tamamilə yaramaz bir təklifdir. Hesab elə ki, səninlə belə söhbət olmayıb”dedi”.  

“Əgər Qorbaçov buna razı olsaydı onu kim əvəz edəcəkdi?” sualına Rıjkov birmənalı cavab verməyib: “Müxtəlif variantlar ola bilərdi. Mən də ola bilərdim. O vaxt artıq biz vəzifə dalınca qaçmırıdıq. Nəsə eləmək, ölkəni xilas etmək lazım idi”.

N.Rıjkov deyib ki, 1990-cı ildə artıq ölkə idarəolunmaz halda idi.

“Mən nəsə etməyə çalışırdım. Amma RSFSR- 1989-cu ilin yayında qərar qəbul etdi. Bu qərara görə RSFSR-in qanunları SSRİ qanunlarından üstün sayılırdı. Burada artıq nə etmək olardı? 90-cı il hakimiyyətsizlik illəri idi. Qorbaçov hakimiyyəti itirmişdi, Yeltsin isə hələ ələ keçirməmişdi”.

Qeyd edək ki, Nikolay Rıjkov 1985-1990-cı illərdə SSRİ Nazirlər Sovetinin sədri olub. 90 yaşlı Rıjkov Moskvada yaşayır.

Azpost.info