“Əks-hücum əməliyyatında Ukrayna 125 mindən çox insan itirib”- ŞOYQU

Əks-hücum əməliyyatının altı ayı ərzində Ukrayna Silahlı Qüvvələri 125 mindən çox insan və 16 min silah itirib.

Azpost.info xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, Qərb silahlarının tədarükü və səfərbərliyi Ukrayna bölmələrinin itkilərini artırır.

Şoyqu qeyd edib ki, Rusiya qoşun qruplaşmaları düşmənə təsirli və güclü atəş zərbələri vurur, nəticədə Ukrayna ordusunun döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə azalır.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.